“İlham Əliyevə salam deyin” – Dağıntıların altından xilas edilən qadın - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən 7Times.az -a verilən məlumata görə, belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Nazirliyin xilasetmə işləri ilə bağlı yayımladığı videoda görünür ki, xilasedicilərimizlə dağıntılar altından çıxarılan qadın arasında maraqlı dialoq yaşanıb.
Belə ki, xilas edilən qadın “Can Azərbaycan, canım qardaşlarım. Allah razı olsun. İlham Əliyeva salam deyin”, – deyə xilasedicilərə təşəkkür edib.


Tarix: 10-02-2023, 10:26 Oxunub: 107


Bölməyə aid digər xəbərlər