ABİD-in “FÖVQƏL GÜCÜ” QANUNLARA GÜC GƏLİR... QAZAXDA

Qazax  şəhərində  Dövlətin qanunla qorunan mənafelərini pozmaqla, dahi şair Səməd Vurğunun  adını daşıyan, ümumi istifadədə olan parkda  bu gün də özbaşınalıq, “güclər”-in Qanundan üstünlüyü prinsipi davam edir. Belə ki, Pərviz Süleymanovun adına qeyri-notarial qaydada təsdiq edilmiş və AR ƏMDK-nin və AR Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan icarəyə verilmiş,  “köşk” kimi qeydiyyatdan keçmiş, hörmətli  baş memar Fərhad İsgəndərovun 07.07.2022-ci il tarixdə təsdiqlədiyi  layihə-smetadan  kənara çıxmaqla,  özüllü və bünövrəli qeyri-yaşayış sahəsi  tikilməkdədir. 
Qazax rayon İcra Hakimiyyətinin  çox hörmətli və dəyərli baş memarı, cənab Fərhad İsgəndərov, Qazax şəhər Bələdiyyəsi   və  digər aidiyyatı vəzifəli şəxslər hələ də hərəkətsizlik edərək, Dövlətin qanunlarının pozulmasına şərait yaradırlar.
Təkrarən aidiyyatı bütün orqanlardan  Qazax rayonunda hər gün baş verən qanunsuzluqlara son qoyulmasının təmin edilməsinə dair göstərişlər verilməsini açıq mətbuat vasitəsilə xahiş edirik.


  Bir qrup QAZAX rayon sakinləri adından,
  Vəliyev Rüstəm Oruc oğıu


Tarix: 12-07-2022, 06:28 Oxunub: 1 429


Bölməyə aid digər xəbərlər