Erməni şirkətinin Azərbaycanda nə işi var? - ƏTRAFLI

Bu gün dünyada kriptovalyuta populyardır. Müxtəlif şirkətlər bu sahədə fəaliyyət göstərir.
Həmin qurumlardan biri də kriptovalyutalarla müxtəlif əməliyyatlar, o cümlədən onların alqı-satqısı va nağdlaşdırılması üzrə xidmətlər təklif edən “TETChange” adlı erməni şirkətidir.
Həmin şirkətin baş ofisi 2015-ci ildən Yerevanda yerləşir. İlk xarici filialı 2017-ci ildə Moskva şəhərində açılıb. Rusiyada hazırda fəaliyyət göstərən ikinci filialı Krasnodar şəhərində yerləşir.
   Tbilisi filialı 2018, Batumi filialı isə 2021-ci ildə təsis edilib. Belarus (Minsk), Özbəkistan (Daşkənd) və Dubayda da (BƏƏ) filialları mövcuddur. Adıçəkilən şirkət Xankəndidə də 2019-cu ilin may ayından bəri qondarma qurumun bayrağı altında fəaliyyət göstərir.Əldə etdiyimiz xəbərə görə, “TETChange” şirkətinin səlahiyyətli orqanlardan heç bir icazə va ya lisenziya almadan ölkəmizin ərazisində fəaliyyət göstərdiyi və Azərbaycan Respublikasının milli qanunvericiliyi və maliyyə müəssisələrinin düzgün fəaliyyəti ilə bağlı beynəlxalq qaydaları kobud şəkildə pozduğu müəyyənləşdirilib.
   Bununla yanaşı, sözügedən şirkətin Azərbaycan Respublikası ərazisində faktiki fəaliyyəti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə münbit şərait yaratması barədə məlumatlar da mövcuddur. Belə ki, “POGA” ve “VOMA” kimi erməni terror təşkilatlarının bu qəbildən olan şirkətlər tərəfindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilməsi istisna edilmir.
  Bildirək ki, şirkətin rəhbərlərindan biri – Arpine Sahakyan adlı erməni qadın Vətən Müharibəsi dövründə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının fəal iştirakçılarından olub.

Yeni Sabah


Tarix: 19-04-2022, 17:46 Oxunub: 187


Bölməyə aid digər xəbərlər