Bazar günü, 6 aprel 2025, 20:29:07  
13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
İcra başçısının maşını "protiv" getdi, digərləri də ona qoşuldu



Bakıda qayda pozan sürücülərin görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib.

Hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb. Qayda pozan avtomobillərin sırasında Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub. Belə ki, icra başçısına məxsus 01-AA-001 “BMW”, 99-KS-287 “Kia”, 90-ZS-357 “Toyota”, 90-BR-667 “Mercedes”, 77-DH-678 “Opel”, 99-OS-798 “Skoda”, 77-PB-828 “Ford”, 99-JZ-508 “Ford”, 99-OE-585 “Mercedes” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar. 
Avtosfer.az



Tarix: 18-03-2022, 17:05 Oxunub: 335


Bölməyə aid digər xəbərlər