Azərbaycan "Sindo-ryu və Pençak-silat Federasiyası"nda rəhbər vəzifələrə yeni təyinatlar olub...

Azərbaycan "Sindo-ryu və Pençak-silat Federasiyası"nda rəhbər vəzifələrə yeni təyinatlar olub.
ATIA.AZ federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, İlham Rəhimov federasiyanın fəxri prezidenti, Rəşid Süleymanov prezident, Abbas Hünbətov isə vitse-prezident seçiliblər.
Ölkəmizə "Pençak-silat"ın gətirilməsi və inkişaf etdirilməsi Azərbaycan Sindo-ryu və Pençak-Silat Federasiyasının vitse-prezidenti, Əməkdar məşqçi Abbas Hünbətovun adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələr kimi idmanın tərəqqisinə də müsbət təsir göstərib. Bu gün ölkəmizdə idmana dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya İdman komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu danılmaz həqiqət və təsdiq olunmuş faktdır.
Cari ildə Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının idmançılarını ciddi sınaqlar gözləyir.
 
Azərtac


Tarix: 10-02-2022, 21:26 Oxunub: 459


Bölməyə aid digər xəbərlər