13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
“Delta Telekom LTD” MMC-nin yarıtmaz işlərinə nədən göz yumulur???

“Delta Telekom LTD” MMC-nin son vaxtlar Azərbaycanda gördüyü işlər elə də ürəkaçan deyil. 

Qazax rayonu Daş Salahlı kəndində “Delta Telekom LTD” MMC-nin gördüyü işlər bir daha bunun əyani sübutudur.
Belə ki,  şirkət  tərəfindən abonentlər üçün çəkilən internet xətləri məsuliyyətsizliklə yanaşı  həm də çox təhlükəlidir.
Cəkilən xətlər birbaşa yüksək gərginlikli elektrik dirəklərinə bağlanamışdır, bu isə abonenti   hər an təhlükə ilə üz-üzə qoyur. 

Şirkətin gördüyü məsuliyyətsiz və keyfiyyətsiz işlərə  kimlər tərəfindən və nədən göz yumulur???

 “Qazax Elektrik Şəbəkəsi” bu işdən məlumatı ola-ola görülən  qeyri-qanuni işlərə göz yumması açıgı  şübhələr oyadır.

Şübhə yaranmasının səbəbi odur ki, bir var görülən işdən xəbərin olmaya,  bir də var ki, xəbərin ola-ola göz yumasan... Bax bu nədənsə neqativ hallardan xəbər verir. 

Möhtərəm Prezidentimiz,  hörmətli İlham Əliyev Cənablarının rayonların  inkişafı üçün ayrıca diqqət ayırması danılmazdır. Digər rayonlar kimi Qazax rayonunun günü-gündən gözəlləşməsi məhz Möhtərəm Prezidentimizin  sayəsində ərsəyə gəlib. 
Bəs görülən bu  işlərə  kölgə salan bəzi "məmurlar"  işində niyə məsuliyyətsizlik edirlər? 

Öz ciblərini düşünən bəzi "Şirkətlər",  eləcə də bəzi işbaz  "Məmurlar"  başda Möhtərəm Prezidentimizi,  daha sonra isə xalqı aldatmaqla məşğuldur! Bu isə Xalqla Dövlət arasında uçurum yaratmaq anlamına gəlir.
Yerli məmurlarımız möhtərəm Prezidentimizin "Dəmir yumruq ancaq ermənilər üçün deyil..." notasının onlara da aid olduğunu hələ dərk etmirlərmi?

Rayon icra başcısı Rəcəb Babaşov cənablarının inanaq ki, bu işdən xəbəri yoxdur. 
İnanırıq ki, işıqlandırdığımız məsələ haqqında bu işdən xəbər tutub, anında qeyri-qanuni görülən işlərə biganə qalmayacaqdır. 

ATİA.AZ saytı olaraq biz də inanırıq ki, “Delta Telekom LTD” MMC  haqqında,  eləcə də görülən qanunsuz işlərə göz yuman  “Qazax Elektrik Şəbəkəsi” haqqında aidiyyatı qurumlara və orqanlara öz ciddi tapşırıqlarını verəcəkdir. 
Məsələni gündəmdə saxlayacayıq. Ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə catdırılacaq.

Elnur Quliyev, ATİA.AZ


Tarix: 10-07-2021, 19:56 Oxunub: 661


Bölməyə aid digər xəbərlər