13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Ağstafa rayon Köçəsgər kənd sakinləri Ağstafa Rayon Mərkəzi Xəstəxanasından ATİA.AZ saytına şikayət ünvanlayıb.

Ağstafa rayon Köçəsgər kənd  sakinləri Ağstafa Rayon Mərkəzi Xəstəxanasından ATİA.AZ  saytına şikayət ünvanlayıb. 
Kənd sakinləri şikayətində bildirir ki, Dövlətin onlara təmənnasız ayırdığı dərmanı, mərkəzi xəstəxanada pul müqabilində xəstələrə satırlar. 

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin səyi nəticəsində  bütün şəhər və rayonlarında yeni standartlara cavab verən müasir üslubda tikilən xəstəxanalar istifadəyə verilib. 
Bununla yanaşı,  xarici ölkələrdən Avropa standartlarına  cavab verən ən müasir avadanlıqlar alınaraq ölkəmizə gətirilmişdir. 
İnsanların rahat şəkildə təmənnasız müayinə-müalicə olunması üçün, eləcə də Diabet (şəkər) xəstələri üçün ayrıca tapşırıqlar verərək dərmanların dövlət hesabına verilməsi barədə birbaşa  Səhiyyə Nazirliyininə tapşırıqlar verilib.

Bu günləri Möhtərəm Prezidentimizin xalq üçün, millət üçün  gördüyü gözəl işlərə kölgə salan bəzi həkimlər,  çəkilən bu qədər əziyyətə cox təssüflər olsun ki, ləkə gətirməklə məşğuldurlar. 

Ağstafa rayon Köçəsgər kənd sakinləri bizdən xahiş edirlər ki, onların şikayətlərini aidiyyatı qurumlara catdıraq.
ATİA.AZ saytı olaraq biz də inanırıq ki, aİdiyyatı qurumlar şikayət ilə bağlı bir tədbir görəcəklər.

Elnur Quliyev, ATİA.AZ


Tarix: 17-06-2021, 22:51 Oxunub: 775


Bölməyə aid digər xəbərlər