13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
"Çox sevinirəm ki Azərbaycan vətəndaşıyam" - EMİN CARÇIYEV

Möhtərəm, cənab Prezident!!!
Bugün bütün Dünya Ölkələri "Covid-19" bəlası ilə mübarizə aparır, xəstəliyin qarşısını almaq məqsədi ilə vaksinasiya tədbirləri görülür. Bir çox qabaqcıl ölkələr kimi Azərbaycanda da "Covid-19"-a  qarşı hələ ilk günlərdən qabaqlayıcı tədbirlər görülmüşdür. Dövlətimizin tədbirlərinin nəticəsidir ki,  Azərbaycan bu bəladan daha az zərər çəkmiş ölkələr sırasındadır. Bu gün də Azərbaycanda "Covid - 19"-a qarşı əhali arasında vaksinasiya işləri aparılır. Vaksinasiya işləri Dövlət hesabına tam ödənişsiz və yüksək standartlara uyğun şəkildə həyata keçirilir. Bu çox sevindirici haldır, çünki bizim vətəndaşlarımız hər zaman olduğu kimi Dövlət qayğısını, diqqətini hiss edir. Biz də vətəndaş olaraq əlimizdən gəldiyi qədər bu vaksinasiya  prosesində yaxından iştirak edərək, Dövlətimizin bizə göstərdiyi diqqət və qayğını lazımi dəyərləndiririk. Hər sahədə olduğu kimi, yenə də göstərilən diqqətə görə dahi, uzaq görən Liderimiz, Prezidentimiz cənab İlham Əliyevə və qayğıkeş Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya öz adımdan və Abşeronlular adından təşəkkürümü bildirirəm. Çox sevinirəm ki Azərbaycan vətəndaşıyam, fəxr edirəm ki Azərbaycanlıyam. 
Tanrı Dövlətimizi, Xalqımızı, Prezidentimizi qorusun.










Hörmətlə:
YAP Abşeron rayon Gənclər Birliyi idarə heyyətinin üzvü Emin Carçıyev.


Tarix: 9-06-2021, 23:11 Oxunub: 558


Bölməyə aid digər xəbərlər