13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Deputatın koronavirus üçün dediyi dərmanların qiymətləri.....


Deputat Rəşad Mahmudovun "koronavirusdan tez sağalmaq" üçün təklif etdiyi dərman preparatlarının bir necəsinin qiyməti məlum olub.

ATİA.AZ deputatın təklif etdiyi dərman preparatlarının qiymətini öyrənmək üçün Bakıda fəaliyyət göstərən bir neçə apteklƏ  əlaqə saxlayıb. Sorğu zamanı apteklərdən aldığımız cavabları sizə təqdim edirik:

DEPO Aptek:
Favipiravir dərmanının bir qutusu 133 manata satılır. Arbidol, Arbivir, Arbiflyu dərmanları satışda yoxdur. Tamoflyu dərmanı isə 45 manatdır.

ELİT Aptek:
Favipiravir, Arbidol, Arbivir, Arbiflyu dərmanları yoxdur, qurtarıb. Tamoflyu dərmanı 45 manat 76 qəpikdir.

PLANET Aptek:
Favipiravir, Arbidol, Arbiflyu, Tamoflyu dərmanları satışda yoxdur, qurtarıb. Arbivir dərmanının qutusu 14 manat 40 qəpikdir.

Qeyd edək ki, millət vəkili Rəşad Mahmudov mətbuata açıqlamasında COVİD-19 xəstələrinin tez sağalması üçün bəz dərman preparatlarını tövsiyə edib. Həkim "qripal və koronavirusa yoluxan şəxslərin ilkin mərhələdə favipiravir dərmanını hər 12 saatdan bir 8 həb qəbul edərlərsə, mütləq faydasını görəcəklərini bildirib.


Tarix: 19-12-2020, 18:57 Oxunub: 215


Bölməyə aid digər xəbərlər