Metronun köhnə qatarlarına niyə kondisioner quraşdırılmır?

     "Bakı Metropoliteni”nin köhnə model və modernləşdirilmiş qatarlarında niyə kondisionerlərin olmaması və ya quraşdırılmaması daim müzakirə mövzusu olub. "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məsələyə aydınlıq gətirib. O bildirib ki, kondisioner quraşdırılacağı təqdirdə qatar tamamilə sökülməlidir:
     "Köhnə qatarlar əsaslı təmir olunaraq modernləşdirilib. Yeni qatarlarda olan bütün yeni texnoloji innovasiyalar bu qatarlara tətbiq olunub. Yeganə istisna kondisionerdir. Elə hesab edin ki, siz  “Jiquli”yə kondisioner quraşdırmaq istəyirsiz. Bu faktiki olaraq qeyri-mümkündür. Kondisioneri quraşdırmaq üçün ilk növbədə vaqonda hər iki başda 400 kiloluq çən qoyulmalıdır. Avtomatik qatarın konstruksiyaslna sən müdaxilə edirsən. Avtomobilin qabağını qaldıra bilərsiniz amma qatarın tarazlığı yerində olmalıdır. Burada qaydalara birə-bir əməl olunmalıdır. Sən onu qoydunsa, avtomotaik hava kanallarlı çəkməlisən, elektrik sistemini yenidən qurmalısan. Deməli, qatarı sökməlisən. Bu cür qatarlarda onu qoymaq nə iqtyisadi, nə sərnişinə xidmət baxımından effek verməyəcək", - o, bloger Anar Əliyevə müsahibəsində deyib.

Tarix: 17-02-2024, 20:30 Oxunub: 128


Bölməyə aid digər xəbərlər