Azərbaycanda qəflətən ölən vəzifəli şəxsin yerinə TƏYİNAT

“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, qurumun Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədov Hərəkət Xidmətinə rəis vəzifəsinə təyin edilib.
E.Məmmədovun yerinə isə qurumun Hərəkət Qatarlarının İstismarı Departamentinin baş mühəndisi Ruslan Seyidov təyinat alıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiq edib.
Qeyd edək ki, iyunun 17-də “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin keçmiş rəisi Etibar İsayev ürəktutmasından qəflətən həyatını itirib.
Xatırladaq ki, Elxan Məmmədov artıq 30 ildən çoxdur ki, “Bakı Metropoliteni” QSC-də Hərəkətin təhlükəsizliyi, təşkili, idarəolunması və tənzimlənməsi üzrə müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışıb.
Onu da əlavə edək ki, bu barədə ilk məlumatı Report yayıb.


Tarix: 21-07-2020, 15:27 Oxunub: 237


Bölməyə aid digər xəbərlər