“Dünyanın ən xoşbət ölkəsi” Finlandiya məktəblərində yeməklər pulsuzdur...

Finlandiya məktəblərində yeməklər pulsuzdur. Məktəb yeməkxanasında  İsveç stolu təşkil olunub. Yəni  uşağa istədiyi qədər yemək götürməyə icazə verilir. Vegetarianlar və allergiyası olanlar üçün qlutensiz, laktozasız  xüsusi yeməklər olur. Təkcə altı növ çörək olur.
Bundan əlabə:
1. Finlandiya təhsili pulsuzdur... 

 Və qalan hər şey — nahar, ekskursiya gəzintiləri, məktəb ləvazimatları də pulsuzdur. Əgər  şagirdlər məktəbdən 2 kilometrdən çox məsafədə yaşayırlarsa, onları məktəb avtobusu ilə məktəbə və evə aparırlar. Bütün bunlar dövlət tərəfindən ödənilir: ümumi ölkə büdcəsinin 12,2%-i təhsilə ayrılır.
2. Finlandiyada qiymət sistemi 10 baldır, amma Finlandiya məktəblərində 3-cü sinifə qədər uşaqlara qiymət verilmir.  3-cü sinifdən  7-ci sinfə qədər  isə qiymət şifahi verilir: "orta "dan  və “əla"ya qədər. Öz  balını isə  yalnız məktəbli özü  bilir. Qiymətə görə  usagı  təhqir etmək qəbul edilmir. Burada bal sistemi uşağın biliklərini inkişaf etdirmək və fərdi tədris proqramını tənzimləmək və  həvəsləndirmək üçün istifadə olunur.
3. Hər bir şagirdə fərdi yanaşma var...
Burada şagirdlər bir dərsdə mürəkkəb və  müxtəlif tapşırıqları bacardıqları qədər yerinə yetirə bilirlər. Müxtəlif fiziki və zehni qabiliyyətə malik uşaqlar birlikdə öyrənirlər. Əgər uşaq bunu bacarmırsa və digər uşaqlardan geri qalırsa,onda  müəllimlər onun üçün fərdi dərslər təşkil edir. Bundan əlavə, immiqrant uşaqlar üçün ana dili kimi digər fənnlər də tədris olunur.
Burada belə hesab edirlər  ki, əgər şagirdin  dərsə marağı yoxdursa, onda o özü üçün faydalı olanı seçə bilər. Məs; - kitab oxumaq və ya tikiş.
4. Finlandiya məktəblərində məktəbli forması yoxdur. Məktəbə istədiyiniz hər şeydə gedə bilərsiniz: geyim tələbləri yoxdur.
5. Burada uşaqların məktəb partasında oturması məcburi deyil. Onlar dərs zamanı yerdə də otura bilərlər.  İsti havalarda dərslər açıq havada, məktəbin yanındakı çəmənlikdə, amfiteatr şəklində qurulmuş xüsusi yerdə keçirilir.
6. Ev tapşırığına  çox az yer  verilir. Finlandiya müəllimləri hesab edirlər ki, uşaqlar sinifdən kənarda dərslə deyil, vaxtlarını valideyinləri ilə keçirməli və  istirahət etməlidirlər.  Ev tapşırığı  maraqlı ola bilər: məsələn, tarix dərsində müəllim  50-ci illərdə ölkədə həyatın necə olduğunu öyrənmək və o zamanla müasir həyat arasındakı fərqləri müqayisə etmək üçün şagirddən öz  nənəsindən və ya babasından  müsahibə götürməyi xahiş edə bilər..
7. Burada ümumiyyətlə heç bir  imtahanlar yoxdur
Finlandiya müəllimləri deyir: "Şagirdi ya həyata , ya da imtahana hazırlaşdırmaq  lazımdır. Biz  birincini seçirik.” Ona görə də Finlandiya məktəblərində imtahan keçirilmir. Müəllimlər öz mülahizələri ilə sınaq imtahanı  keçirməkdə sərbəstdirlər. Ancaq 16 yaşında orta məktəbi bitirdikdən sonra standart test məcburi sayılır.
8. Burada onlar  ancaq həyatda faydalı olanı öyrədirlər. Burada uşaqlara öyrədilən əsas şey öyrənmək və yeni, daim dəyişən dünyaya uyğunlaşmaq bacarığıdır. 
9. Bütün məktəblər eyni dərəcədə yaxşıdır. Finlandiyada məktəb seçmək qəbuledilməzdir, hər kəs evinə ən yaxın olana gedir. Burada "elit" məktəblər yoxdur, hamısı eynidir: uşaq harada yaşayırsa, ixtisaslı müəllimləri, keyfiyyətli öyrənmə materialları və hərtərəfli qidalanması olan təhsil ocağına çıxışı var.
10. Finlandiya məktəblərində məktəbdə gecələməklə əyləncə gecələr keçirilir. Bəzən uşaqlar yataq  çantasını götürüb gecəni  məktəbdə müəllimlərinin yanında qalırlar - kinoya baxırlar, oyun oynayırlar, müxtəlif tədbirlər keçirirlər və  idman zalında  yatırlar.


Qeyd: Finlandiya insan inkişafı indeksinə görə dünyada birinci yerdədir. Bu ölkə həm də  “Dünyanın ən xoşbət ölkəsi”siyahısında da ardıcıl olaraq beşinci dəfədir ki, birinci pillədə qərarlaşıb.


Tarix: 21-03-2022, 06:22 Oxunub: 311


Bölməyə aid digər xəbərlər