13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində öldü

   Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. Bu barədə “Qafqazinfo”ya mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı Heydərov Vahid Sayadxan oğlu Ukraynanın Avdeyevka şəhərində minaya düşüb. Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.
   V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib. Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.


Tarix: 22-03-2024, 15:03 Oxunub: 119


Bölməyə aid digər xəbərlər