Bayıl qəsəbəsi, Litvin Babayev küçəsi, 59A ünvanında yerləşən evlərdən biri qəzalı vəziyyətdədir.
Sürüşmə ərazisində yaşayan ailə 7 ay əvvəl evin divarlarında çatların əmələ gəldiyini deyir:
“İndi isə tavan uçub, bütün otaqlarda çatlar var. Uçqun olanda evdə idik. Tavan uçdu, daş qızımın yatağına düşdü”.
Şikayətçi Emin Budaqovun sözlərinə görə, hazırda həyat yoldaşı və 3 uşağı ilə birlikdə digər otaqlardan birində yaşayırlar.
Səbail Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, evin qəzalı vəziyyətdə olması barədə RİH-ə ünvanlanmış müraciətə baxılıb.
Məlumat üçün qeyd edilib ki, sözügedən evin qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi RİH-ə təqdim olunduqdan sonra məsələyə baxılacaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Bölməyə aid digər xəbərlər