Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib. 
Bununla bağlı  Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb. 

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. 

Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında  şikayətlər daxil olmuşdu: valideynlərdən biri - Tural Nəsmiyev Oxu.Az-a müraciət etmişdi.

Aysel Aslan


Tarix: 1-03-2023, 14:17 Oxunub: 85


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı