13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
08:28 / 08-11-2024
Bu gün Zəfər Günüdür !!!
Vətəndaş şəxsiyyət vəsiqəsini ala bilmir....

Redaksiyamıza daxil olan müraciətlə bağlı  Biləcəri qəsəbəsi, Xəqani küçəsində  "yaşayan"  Rəhmanovlar ailəsində qonaq olduq.  Əgər ev demək olardısa onların yaşadığı daxmaya. Utandım sadəcə.
Rəhmanov Novruz Əhməd oğlu 70 yaşı haqlayıb. Xanımı və 2 oğlu ilə birlikdə 35 ildir ki,  daxmada yaşayırlar.
230 manat  pensiya ilə ailəsini  "dolandırır".
Həyat yoldaşı Rəhmanova Firuzənin 62 yaşı var. Təqaüd belə almır.
Böyük oğlu Rəhmanov Ramin ürək xəstəsidir, heç bir yerdə işləyə bilmir,  təqaüd belə almır.
Kuçik oğlu Rəhmanov Əhməd isə hərbiyə yararsız,  fiziki qüsurludu. Əhməd də həmçinin  heç bir təqaüd almır.
Əslində biz Rəhmanov Əhməd Novruz oğlunun  bu günə qədər  Azərbaycan Respublikasının vətəndaşı  olduğuna dair vəsiqə ala bilməməsi ilə bağlı müraciətə əsasən  ailəni ziyarətə getmişdik.

Gördüklərim şəxsən məni dəhşətə gətirdi. Ailənin yaşayışı insana ürək ağrısı verir. 
Rəhmanov Əhməd Novruz oğlunun  doğum şəhadətnaməsi və hərbiyə yararsızlığ bileti var. Lakin qeydiyyata düşməyə görə evlərinin sənədi yoxdu. Polisə müraciət olunsa da qeydiyyat dayandığını söylədilər.
Bir tək ümid  Biləcəri qəsəbə nümayyəndəliyinə qalıb.  Bəlkə  evə sənəd versinlər ki, Rəhmanov Əhməd vətəndaşlıq vəsiqəsini ala bilsin.
Ümidvar olmaq istəyirik  ki, aidiyyatı qurumlar  bu işdə dəstək olacaqlar.
 Mövzunu nəzarətdə saxlayıb, ictimaiyyətə əlavə məlumat verəcəyik.

AYGÜN NUR, ATİA.AZ


Tarix: 15-10-2021, 11:06 Oxunub: 286


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?