13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
Sabah 30° isti olacaq

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.


Tarix: 18-04-2024, 15:50 Oxunub: 76


Bölməyə aid digər xəbərlər
10-04-2024, 13:57 Sabah hava isti olacaq
25-05-2022, 12:44 Sabaha olan hava PROQNOZU
22-07-2020, 19:41 Sabah yağış yağacaq