Bazar günü Bakıda 21 dərəcə isti olacaq

Aprelin 14-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 dərəcə  isti, gündüz 16-21 dərəcə  isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 dərəcə  isti, gündüz 20-25 dərəcə  isti, dağlarda gecə 2-6 dərəcə  isti, gündüz 6-10 dərəcə  isti olacaq.


Tarix: 13-04-2024, 12:44 Oxunub: 120


Bölməyə aid digər xəbərlər
10-04-2024, 13:57 Sabah hava isti olacaq
18-05-2022, 13:02 Sabaha olan hava PROQNOZU
22-07-2020, 19:41 Sabah yağış yağacaq