15:31 / 02-05-2024
Bu gün Yasamalda qaz olmayacaq
13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
Masallı sakinlərinin nəzərinə: 16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır. Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 millimetrlik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur.

Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8 900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.


Tarix: 20-04-2024, 10:58 Oxunub: 96


Bölməyə aid digər xəbərlər
28-02-2024, 19:42 Bu rayonlarda qaz kəsiləcək