Sabah Azərbaycanın bir rayonunda qaz olmayacaq


    “Ucar” ölçü qovşağından qidalanan “Əhali” ortatəzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
    Bildirilib ki, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı 13.02.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
    Qeyd olunur ki, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 12-02-2024, 17:25 Oxunub: 166


Bölməyə aid digər xəbərlər
20-09-2022, 15:11 Sabah bu rayonda qaz olmayacaq