15:05 / 12-09-2026
Davamlı tərəqqi, tarixi nailiyyətlər və yeni hədəflər
22:21 / 07-09-2026
Övladını məktəbə avtomobillə aparanların NƏZƏRİNƏ: Yollar kameralarla izləniləcək - VİDEO
21:38 / 07-09-2026
SÖZƏ SÖZLƏ HEYKƏL QOYAN ŞAİR - BİLAL QOCA... Hacı Loğmanın təhlilində...
21:36 / 07-09-2026
SÖZƏ SÖZLƏ HEYKƏL QOYAN ŞAİR - BİLAL QOCA
06:21 / 03-09-2026
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
21:16 / 31-08-2026
Həsrətin bitdiyi yoldan Kəlbəcərə...
20:23 / 31-08-2026
Bir uğurlu layihənin hesabatı...
20:22 / 31-08-2026
Bir uğurlu layihənin hesabatı...
20:08 / 31-08-2026
Ucar rayonu haqqında - ATİA.AZ-ın müxbiri Elfaq Əliyevin dediklərindən...
18:52 / 31-08-2026
Sənətə gedən yol - Namiq Aydınov
14:28 / 31-08-2026
50 yaş - Şərəfli ömrün, ləyaqətli xidmətin yubileyi
09:53 / 27-08-2026
Anar Nəbiyev: Azərbaycan-Özbəkistan: iki qardaş ölkənin əməkdaşlıq gündəliyi genişlənir
15:20 / 25-08-2026
Rəna Bayramova: Laçın Laçınlığına qayıdır
10:46 / 25-08-2026
Zelenski Hikmət Hacıyevi təltif edib
10:16 / 25-08-2026
Anar Nəbiyev: "Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub"
10:04 / 25-08-2026
İsgəndər Qurbanov: "Davamlı inkişaf üçün yeni üfüqlər açılır"
15:05 / 24-08-2026
Paşa Hadıyev: 'Qardaşlıqdan strateji tərəfdaşlığa"
11:05 / 22-08-2026
Anar Eminov: "Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək"
21:24 / 20-08-2026
"İncə fikirlər" layihəsinin ilk qonağı Sevinc Şirvanlıdır
14:48 / 20-08-2026
ƏDƏBİ KÖRPÜ: VƏTƏN, TURAN VƏ QARDAŞLIQ TƏRƏNNÜMÜ
10:11 / 14-08-2026
Anar Nəbiyev: "Naxçıvan: sabitlik, inkişaf və tərəqqi məkanı"
09:57 / 13-08-2026
Polad Ağakişiyev: "Naxçıvana 17-ci səfər"
06:40 / 13-08-2026
Şəkidə intellektual bilik yarışı keçirilib
02:37 / 12-08-2026
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”
11:06 / 03-08-2026
Paşa Hadıyev: "Regional əməkdaşlığın yeni mərhələsi"
10:31 / 03-08-2026
Anar Nəbiyev: "Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib"
07:01 / 03-08-2026
Rektor Anar Eminov: "Düzgün ixtisas seçimi gənclərin gələcəyinə, ölkənin sabahına verilən strateji qərardır”
06:59 / 03-08-2026
Rektör Anar Eminov: "Doğru bölüm tercihi, gençlerin geleceğine ve ülkenin yarınlarına yapılan stratejik bir yatırımdır."
Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi bərpa edilir
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür. Böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tbilisidə yaşayıb yaratdığı evin bərpasına başlanılıb.
AZƏRTAC C.Məmmədquluzadənin vaxtilə Tbilisi şəhəri, Mtatsminda rayonu, Besiki küçəsi, 24 ünvanında yaşadığı evin hazırkı durumu və burada aparılan bərpa işləri ilə maraqlanıb. Ev-muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov deyib ki, böyük ədib uzun illər Tbilisidə yaşayıb yaradıb və “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Ev-muzeyin ədibin 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Tbilisidə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıblar. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tbilisi şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tbilisi şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib və hazırda binada bərpa işləri gedir. Bərpa işlərinə bu ilin fevral ayında başlanılıb. Hazırda binada özülbərkitmə işləri görülür. Sonra binanın otaqlarının divarlarında bərpa işləri aparılacaq.
Onun sözlərinə görə, ev-muzeyinə sadəcə olaraq birinci mərtəbə və zirzəmi hissə aiddir, bu da ümumi sahənin 180 kvadratmetrini təşkil edir. Qalan 180 kvadratmetri isə ikinci mərtəbədə yaşayan ailələrə məxsusdur. Binanın bərpasına ümumilikdə 350 min lari vəsait ayrılıb. Bunun da 3 faizi SOCAR-n Gürcüstan nümayəndəliyi tərəfindən ödəniləcək. Binada bərpa-bərkitmə işlərinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub. Bərpa-bərkitmə işləri başa çatdırıldıqdan sonra isə muzeyin təmirinə başlanılacaq. Muzeyin bərpası Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.
İsaq Novruzov bildirib ki, aprel ayında uzun illər nəinki Qafqazda, hətta bütün Yaxın Şərqdə yeganə illüstrasiyalı və rəngli satirik jurnal olan “Molla Nəsrəddin”in Tbilisidə ilk sayının işıq üzü görməsindən (7 aprel 1906-cı il) 118 il ötür.
Qeyd edək ki, ikiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki ikiotaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. 1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin ev-muzeyi açılıb.
Binanın fasadından tikilinin qəzalı vəziyyətdə olduğu aydın görünür. Pas atmış navalçalar və pəncərə məhəccərləri, ovulub dağılmış fasad binada uzun illərdir ki, heç bir təmir-bərpa işlərinin aparılmadığını əyani olaraq sübut edir. Yaxınlıqda yeni binanın inşa olunması da tikilinin fasad hissəsinə ciddi ziyan vurub. Onu da qeyd edək ki, C.Məmmədquluzadənin binanın fasadına vurulan xatirə lövhəsi də köhnəlib. Lövhədə gürcü və kiril əlifbaları ilə yazılan tanıtım məlumatlarındakı səhvlər də diqqət çəkir. Lövhədə yazılıb: “Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb yaratmışdır. 1906-1918-ci illərdə məşhur “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. (1866 Naxçıvan – 1931 Bakı)” yazısı əks olunub. Göründüyü kimi, ədibin anadan olduğu və öldüyü tarix də düzgün yazılmayıb. Ev-muzeyinin olduğu mənzilin interyerinin vəziyyəti də olduqca acınacaqlıdır. Otaqların tavan və bütün divarlarında dərin çatlar var. Divarlar hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Muzeyin yalnız bir otağında az sayda da olsa, müəyyən eksponatlar qorunub saxlanılıb. Bunlar əsasən C.Məmmədquluzadə və ailə üzvlərinin fotoşəkilləri, “Molla Nəsrəddin” jurnalının nüsxələri, məcmuədə dərc olunan Abdulla Şaiqin portreti, tar və kamança və digər materiallardır. Muzeyin eksponatlarının siyahısının heç vaxt tərtib edilmədiyi məlum olur.
Muzeydə bu günümüzə qədər mühafizə edilmiş eksponatların hazırda SOCAR-ın binasında saxlanıldığı bildirilir. Azərbaycan ictimai fikrinin formalaşmasında misilsiz rol oynamış C.Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpası və təmiri böyük ədib və yazıçının 155 illiyinə ən böyük töhfələrdən biri olacaq.
Bölməyə aid digər xəbərlər
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür. Böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tbilisidə yaşayıb yaratdığı evin bərpasına başlanılıb.AZƏRTAC C.Məmmədquluzadənin vaxtilə Tbilisi şəhəri, Mtatsminda rayonu, Besiki küçəsi, 24 ünvanında yaşadığı evin hazırkı durumu və burada aparılan bərpa işləri ilə maraqlanıb. Ev-muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov deyib ki, böyük ədib uzun illər Tbilisidə yaşayıb yaradıb və “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Ev-muzeyin ədibin 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Tbilisidə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıblar. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tbilisi şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tbilisi şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib və hazırda binada bərpa işləri gedir. Bərpa işlərinə bu ilin fevral ayında başlanılıb. Hazırda binada özülbərkitmə işləri görülür. Sonra binanın otaqlarının divarlarında bərpa işləri aparılacaq.
Onun sözlərinə görə, ev-muzeyinə sadəcə olaraq birinci mərtəbə və zirzəmi hissə aiddir, bu da ümumi sahənin 180 kvadratmetrini təşkil edir. Qalan 180 kvadratmetri isə ikinci mərtəbədə yaşayan ailələrə məxsusdur. Binanın bərpasına ümumilikdə 350 min lari vəsait ayrılıb. Bunun da 3 faizi SOCAR-n Gürcüstan nümayəndəliyi tərəfindən ödəniləcək. Binada bərpa-bərkitmə işlərinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub. Bərpa-bərkitmə işləri başa çatdırıldıqdan sonra isə muzeyin təmirinə başlanılacaq. Muzeyin bərpası Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.
İsaq Novruzov bildirib ki, aprel ayında uzun illər nəinki Qafqazda, hətta bütün Yaxın Şərqdə yeganə illüstrasiyalı və rəngli satirik jurnal olan “Molla Nəsrəddin”in Tbilisidə ilk sayının işıq üzü görməsindən (7 aprel 1906-cı il) 118 il ötür.
Qeyd edək ki, ikiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki ikiotaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. 1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin ev-muzeyi açılıb.
Binanın fasadından tikilinin qəzalı vəziyyətdə olduğu aydın görünür. Pas atmış navalçalar və pəncərə məhəccərləri, ovulub dağılmış fasad binada uzun illərdir ki, heç bir təmir-bərpa işlərinin aparılmadığını əyani olaraq sübut edir. Yaxınlıqda yeni binanın inşa olunması da tikilinin fasad hissəsinə ciddi ziyan vurub. Onu da qeyd edək ki, C.Məmmədquluzadənin binanın fasadına vurulan xatirə lövhəsi də köhnəlib. Lövhədə gürcü və kiril əlifbaları ilə yazılan tanıtım məlumatlarındakı səhvlər də diqqət çəkir. Lövhədə yazılıb: “Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb yaratmışdır. 1906-1918-ci illərdə məşhur “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. (1866 Naxçıvan – 1931 Bakı)” yazısı əks olunub. Göründüyü kimi, ədibin anadan olduğu və öldüyü tarix də düzgün yazılmayıb. Ev-muzeyinin olduğu mənzilin interyerinin vəziyyəti də olduqca acınacaqlıdır. Otaqların tavan və bütün divarlarında dərin çatlar var. Divarlar hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Muzeyin yalnız bir otağında az sayda da olsa, müəyyən eksponatlar qorunub saxlanılıb. Bunlar əsasən C.Məmmədquluzadə və ailə üzvlərinin fotoşəkilləri, “Molla Nəsrəddin” jurnalının nüsxələri, məcmuədə dərc olunan Abdulla Şaiqin portreti, tar və kamança və digər materiallardır. Muzeyin eksponatlarının siyahısının heç vaxt tərtib edilmədiyi məlum olur.
Muzeydə bu günümüzə qədər mühafizə edilmiş eksponatların hazırda SOCAR-ın binasında saxlanıldığı bildirilir. Azərbaycan ictimai fikrinin formalaşmasında misilsiz rol oynamış C.Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpası və təmiri böyük ədib və yazıçının 155 illiyinə ən böyük töhfələrdən biri olacaq.
Tarix: 24-02-2024, 22:52 Oxunub: 599
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-02-2021, 18:36
Cəlil Məmmədquluzadənin doğum günüdür
23-01-2021, 16:25
Bundan sonra SOCAR-a Mikayıl Cabbarov rəhbərlik edəcək
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
14-12-2020, 20:19
Azərbaycanın ən varlı qocasının yüz molyonlarla ölçülən sərvəti - Cavid Qurbanovun atası....
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
8-01-2021, 00:46
Hikmət Hacıyev: “Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək”
13-07-2023, 15:54
" Azad, doğma Şuşamızda böyük Vaqifin ruhu şaddır" - NATƏVAN DƏMİRÇİOĞLU
23-05-2022, 15:39
Sürücülərin nəzərinə: bu yollarda tıxac var
21-03-2021, 09:03
Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!
14-04-2021, 00:22
Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır? - İTTİHAM
30-10-2021, 07:33
"UŞAQLIQDAN ƏN BÖYÜK ARZUM BÖYÜK SALONLARDA ÇIXIŞ ETMƏK OLUB, İNDİ İSƏ XEYRİYYƏÇİLİK ETMƏK İSTƏRƏM" - NATƏVAN DƏMİRÇİOĞLU
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
1-01-2021, 08:33
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
















