12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Əsgər anası icra başçısının qəbuluna düşə bilmir- Qazax

Qazax şəhər 2 saylı uşaq bağçasında 1985-ci ildən tərbiyəçi müəllim işləyən Manafova Rəna Möhsüm qızı redaksiyamıza qanunsuz işdən çıxarılması ilə bağlı şikayət məktubu və video müraciət ünvanlamışdır.

Müraciətdə deyilir: “Mən 1985-ci ildən Qazax şəhər 2 saylı uşaq bağçasında tərbiyəçi müəllim işləyirəm. 2019-cu il 13 mart tarixində Qazax RİH-nin Fəxri Fərmanı ilə tərtif olunmuşam. 2019-cu ilin oktyabrın əvvələrində mənə dedilər ki, sən ərizəni yazıb işdən azad olunmalısan, bu RİH-nin hümanitar şöbənin müdiri Gülayə Həsənovanın tapşırığıdır. Təbii ki, mən ərizə yazmaqdan imtina etdim, mənə dedilər ki, onsuz da səni işdən çıxaracaqlar. Elə bu ərəfədə əvvəllər Müəllimlər İnsititutunda lobarant işləyən, sonradan Qazax şəhər 1 saylı uşaq bağçasına müdir təyin olunan İradə Mustafayeva cəmi 2 günlük bizim bağçaya müdir göndərildi. Bu 2 gün ərzində mənə şər ataraq, guya uşaqların yeməyini oğurladığımı bəhanə edərək, mənə yenə ərizə yazmağı təklif etdi. Mən yenə ərizə yazmaqdan imtina etdim, o isə bildirdi ki, bu RHİ-nin hümanitar şöbənin müdiri Gülayə Həsənovanın və 1-ci müavin Alıyev Məmmədin tapşırığıdır. Bundan sonra məni maddə ilə işdən azad etdi.

Mən dəfələrlə RİH-nin başçısı Rəcəb Babaşovun qəbuluna getmək istəsəm də məni içəri buraxmadılar. Hətta rayon Məşğulluq idarəsinə də müraciət etməyimə imkan vermədilər ki, Gülaya xanımın tapşırığıdır.

Mənim oğlum Əliyev Xəlil Qədim oğlu Vətənimizin müdafiəsi üçün döyüşlərdə iştirak edib, hal-hazırda da xidmətdədir. Mən əsgər ailəsi olduğuma baxmayaraq, Qazax rayonunda heç bir dövlət qurumu mənim şikayətimə baxmır.


35 illik iş təcrübəsi olan bir müəllimə və əsgər anası kimi Sizdən mənim şikayətimi araşdırıb, adiyyatı Dövlət qurumlarına çatdırmağınızı xahiş edirəm.”


Tarix: 11-12-2020, 13:09 Oxunub: 466


Bölməyə aid digər xəbərlər