Çərşənbə axşamı, 8 aprel 2025, 23:21:05  
Cəlilabadda müəllim öz evini məktəbə çevirdi...

Cəlilabadda müəllim öz evini məktəbə çevirib.


ATİA.AZ xəbər verir ki, Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyeva məktəb qəzalı olduğu üçün şagirdlərə evində dərs deyir.
Qeyd edək ki, mart ayında yağan güclü qar rayonun Musalı kənd tam orta məktəbinin inzibati binasının bir hissəsini uçurub.
Yararsız hala düşən məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığından şagirdlər qonşu Zəhmətabad kəndinin məktəbinə köçürülüb. Lakin bu məktəbdə yer çatışmadığı üçün iki sinfin şagirdləri Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyevanın evində təhsil alırlar. 


Tarix: 23-04-2022, 16:16 Oxunub: 212


Bölməyə aid digər xəbərlər