13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
08:28 / 08-11-2024
Bu gün Zəfər Günüdür !!!
ORTA MƏKTƏBDƏ DÖYÜLƏN UŞAĞIN VALİDEYNİNƏ DİREKTORUN CAVABI : "Olub-olub, sonra nə sözünüz var?”

Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 saylı orta məktəbdə insident baş verib. Nəticədə 7-ci sinif şagirdi Məmmədov Hidayət Cavid oğlu məktəb yoldaşları tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.
Bu barədə “AzPolitika.info”-ya şagirdin yaxın qohumları məlumat verib. Məlumatda bildirilir ki, Hidayət Məmmədov 7 saylı orta məktəbə fevralın 21-də Sumqayıt şəhəri 32 saylı liseydən köçürülüb. Amma məktəbə gəldiyi ilk gündən ona qarşı təzyiqlər başlayıb. Ötən həftənin şənbə günü isə məktəb uşaqlarından 5-6 nəfəri ona hücum edərək vəhşicəsinə döyüblər. Nəticədə Hidayət ciddi xəsarət alıb, başına 5 tikiş qoyulub.

Şagirdin əmisi Abbas məktəbin direktoru Təranə Haqverdiyevaya zəng etdiyini deyir: “Direktor hadisəni təsdiqlədi və əlavə etdi ki, “olub-olub, sonra nə sözünüz var? Dedim ki, Təhsil Nazirliyinin “Qaynar xətti”nə müraciət edəcəyik. Təranə xanım isə dedi ki, “gedin, kimə istəyirsiniz şikayət edin. Mənə heç kim, heç nə edə bilməz, gedin işinizlə məşğul olun”.
Şikayətçi bildirir ki, Hidayəti döyən uşaqlardan birinin valideyni direktorla həmyerlidir və məktəbdə müəllimə işləyir.
Hadisə ilə bağlı DİN-in 102 “Qaynar xətti”nə müraciət edilib, həmçinin 1 saylı polis bölməsində Hidayət Məmmədovdan izahat alınıb. Bu gün isə şagird ekspertizadan keçiriləcək. 

Tarix: 9-03-2022, 16:13 Oxunub: 497


Bölməyə aid digər xəbərlər