Dünyanın ən nüfuzlu universitetinə qəbul olan azərbaycanlı qız

Azərbaycanlı məktəbli Fidan Hüseynova dünyanın ən nüfüzlu ali məktəblərindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Fizika, riyaziyyat və informatika təmayüllü liseydən məzun olan Fidan Hüseynova illik təhsil haqqı 88 min dollar olan instituta qəbul olub. Fidan deyir ki, bu uğurlu nəticə və seçim heç də təsadüfi olmayıb.
 
Gəncəli abituriyentin sözlərinə görə, onun heç də az olmayan təhsil haqqı və yaşayış xərclərinin ödənilməsi məsələsi də artıq həllini tapıb. O, bu işdə həm universitetin, həm də xaricdə təhsil üzrə dövlət proqramının təqaüdündən yararlana biləcək.

Qeyd edək ki, Fidanın böyük qardaşı hazırda Koreyada ali təhsil alır.
 


Tarix: 12-04-2024, 08:33 Oxunub: 141


Bölməyə aid digər xəbərlər