"Necə deyərlər, baxın görün kim kimdir" - Dövlət başçısı



"Rus dilində təhsilə gəldikdə, bəli, bu, düşünülmüş siyasətdir. Təbii ki, biz bunu, ilk növbədə, özümüz üçün edirik, rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olsun. Bizim rus sektoru dediyimiz məktəblərə tələbat çoxdur və dediyim kimi, həmin məktəblərdə həm azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar – 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır".

ATİA.AZ  xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə deyib.

Dövlət başçısı arayış üçün qeyd edib ki, Ermənistanda erməni millətinin uşaqlarının qeyri-erməni məktəblərində təhsil alması, ya qanunvericiliklə, ya da hansısa təlimatlarla ümumiyyətlə qadağan edilib:

"Bildiyimə görə, Ermənistanda cəmi bir və ya iki rus məktəbi var, onlar da hərbçilər üçündür. Necə deyərlər, baxın görün kim kimdir. Odur ki, əlbəttə, dünən imzalanmış Bəyannamədə humanitar əməkdaşlıq haqqında bənd də var, bu, qarşılıqlı əməkdaşlıqdır. Moskvaya səfərdən əvvəl mənə arayış verildi, orada deyilir ki, Rusiyada da təqribən 80 məktəbdə Azərbaycan dili bölməsi var. Biz bunu çox alqışlayırıq ki, azərbaycanlılar və Rusiya vətəndaşları, burada işləyənlər, onların uşaqları da öz dillərində təhsil ala bilsinlər. Yəni, bu qarşılıqlı proses tamamilə əməkdaşlıq ruhundadır və düşünürəm ki, Timur dediyi kimi, postsovet məkanındakı digər ölkələrlə müqayisədə, bu, məsələyə necə yanaşmaq nümunəsidir. Bu, təkcə təhsilə yox, bütövlükdə rus dilinə münasibətə aiddir. Azərbaycanda dövlət ali təhsil müəssisəsi var – Slavyan Universiteti, orada, ilk növbədə, rus dili öyrənilir, rus dili və digər slavyan dilləri üzrə müəllimlər hazırlanır.

Pandemiyaya qədər, demək olar, Bakıda hər həftə yaradıcı ziyalıların nümayəndələri çıxış edirdilər – tamaşalar, konsertlər olurdu, yəni biz bu cür qarşılıqlı əlaqədə yaşayırıq. Timur yaxşı bilir, birinci il deyil və çox vacibdir ki, bizim artıq bir dövlətdə olmadığımız illərdə yeni nəsil yetişib, biz bunu qorumağı bacardıq və bunu gələcəkdə də qorumaq üçün əlimizdən gələni edəcəyik".


Tarix: 24-02-2022, 15:43 Oxunub: 829


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı