Əli Həsənovun sağ əli yeni müxalif hərəkat formalaşdırır

Dünən şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımın video çıxışından sonra bulanıq suda balıq tutmaq istəyənlərin də sayı artıb. Səmayə xanımın çıxışı aldığı yanlış məlumatlar və emosionallıq üzərində qurulsa da, bəziləri şəhid anasının fikirlərindən iyrənc məqsədlər üçün istifadə etməyə başladılar. Məsələn, Prezident Administrasiyasının (PA) sabiq şöbə müdiri Əli Həsənovun yaxın qohumu Bəhruz Həsənov kimi.
 B.Həsənov PA-da Ə.Həsənovun köməkçisi olub. Ə.Həsənov vəzifədən qovulandan sonra B.Həsənov da işdən çıxarıldı. Ə.Həsənovun sayəsində ölkənin ən ali orqanında layiq olmadığı postu tutan B.Həsənov jurnalistlər binasından ev də almışdı. Sürdüyü bahalı maşını, Jurnalistlər binasındakı evi və digər maddi imtiyazları məhz Ə.Həsənovun sayəsində qazanmışdı.
 
Bu gün nə baş verir? B.Həsənov AXCP sədri Əli Kərimli və xaricdən dövlətimizi hədəfə alan söyüşcül müxalifətlə eyni mövqedən çıxış edərək şəhid anasının fikirlərini fərqli istiqamətə yönləndirir. Vaxtilə adı FETÖ-nun "imamları" siyahısında olan B.Həsənovun belə bir mövqe sərgiləməsi təəccüblü deyil. Belə adamlar vəzifədə olanda "dövlətçi", vəzifədən çıxanda "tənqidçi" olurlar. Görəsən, B.Həsənov PA-da işləyəndə belə bir mövqedən çıxış edə, şəhid anasının emsional çıxışına görə bütövlükdə dövlət sistemini hədəfə ala bilərdimi? Əlbəttə ki, xeyr! Bəlkə elə B.Həsənov belə bir mövqe ortaya qoymaqla, hadisələri qızışdıran status yazmaqla Ə.Həsənovun sifarişini icra edir!?
 
O, əgər bu günə qədər dövlət marağının və hərbi məsələlərin mahiyyətini anlamayıbsa və bu tip məsələlərin sosial şəbəkələrdə aqressiv şəkildə müzakirəsini aparırsa, buna ancaq təəssüf etmək olmaz. Hər kəs öz həddini bilməlidir!
 B.Həsənovun statusunu olduğu kimi təqdim edirik: "Şəhid anasını o cür danışdıranlar xaindirlər" ifadəsi mənasız olduğu qədər də naçar yanaşmadır. Məgər, danışmaq istəyənə smartfon qəhətdir? Deməli, şəhid anasını dinləmək lazımdır ki, onu narahat edən məsələləri, bəzən əsası olmayan ittihamları ictimailəşdirməsin. İctimailşərsə dövlət maraqları zərbə altında qalar. "Dövlət marağı" ifadəsi qəhqəhə doğurursa nə etmək olar... Manipulyasiya hər zaman olacaq, milli reflekslər sağlam olduğu təqdirdə təhlükə yoxdur".

 
Sfera.az


Tarix: 2-01-2022, 22:30 Oxunub: 560


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
26-07-2020, 09:37 Polad Generalımız - VİDEO