13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
08:28 / 08-11-2024
Bu gün Zəfər Günüdür !!!
Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı

    "Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iki gün ərzində dünyaya sözün bütün mənalarında yaşıl münasibət göstərdi. 196 ölkədən 72 min qonaq, 80 ölkənin rəhbər şəxsləri, 3 mindən çox media nümayəndəsi, müxtəlif sahələr üzrə tanınmış fərdlər, o cümlədən ölkənin bütün rəhbər şəxsləri bir araya gələrək tarixi məhz yaşıl hərflərlə yazdılar. Bu möhtəşəm hadisəni Azərbaycan mediasının yüksək səviyyədə işıqlandırılması və xarici medianın fəaliyyəti üçün yaradılan şərait kainatın hər yerindən görünən heyratamiz mənzərəyə çevrildi və bu mənzərə hər ötən saat daha da parıltılı ahəng alaraq dostların gözlərini yaşıllığa, riyakarların gözlərini qaranlığa qərq edir" - bu fikirlər Jurnalist Ekspert Mərkəzinin (JEM) COP-29 konfransı ilə bağlı yaydığı bəyanatda əksini tapıb.
      Bəyanatda xüsusi olaraq vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində söylədiyi hikmətli fikirlər rəhbəri olduğu ölkənin nəinki dünyanın önəmli hissəsi olduğunun, yüksək mərtəbəyə ucalaraq əzəmətli dünyaya çevrildiyinin təsdiqidir. Azərbaycandan umurlar. Cəmi bir misal: Fransanın müstəmləkə altında saxladığı ölkələr "biz azad olmaq istəyirik" şüarı ilə məhz Bakıda etiraz aksiyası keçirdilər.   

      Bəyantda qeyd olunur: "Azərbaycan Prezidentinin "bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir" fikri növbəti yüz illiyin yol xəritəsini müəyyənləşdirmiş oldu. Azərbaycan qaranı yaşıla dəyişib. Bu keçid qlobal iqlim dəyişikliyinə məruz qalan kainatın xilasına doğru aparan əbədi yola çevriləcək. Azərbaycanın xilaskar rolunda çıxış etməyə haqqı var. Əvvəl ölkəsinin işğal faktorunu qaranlığa gömdü, sonra Cənubi Qafqaza sülh gündəliyi təqdim etdi, indi növbə bütün dünyanındır. Təbii ki, qara qüvvələr yaşıl qüvvələrə qarşı çıxacaq. Bunu əsas gətirən Prezident çıxışında bildirib: "Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir". Buyurun, nə qədər sərt olsa da böyük şairimiz Səməd Vurğunun "ağılsız köpəklər ulduza hürər" misrasını söyləməyin yeridir".

      COP29-un mahiyyətini anlamayanların, qərəzə bürünərək "gözdənsalma" kampaniyası təşkil etməyə cəhd göstərənlərin gözdən necə düşdüklərinə diqqət çəkən bəyantda bu cür davranış sərgiləyənlərə Yaşıl Zonada "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ibratamiz fikirlərinin ən layiqli cavab olduğu vurğulanır.

     "Birinci vitse-prezident deyib: "Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar. Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik".

    Xeyr, Mehriban xanım o cavabı səsləndirməyib, eləcə çıxışının sonunda deyib: "Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir”.

     Buyurun, cənab yalan obrazlı Qərb, həm cənab Prezidentin, həm də hörmətli Birinci vitse-prezidentin sözlərini muncuq kimi yaşıl rəngli sapa düzüb ən bahalı hədiyyəniz kimi gözləriniz qarşısından asın. Bu da olsun SİZƏ COP-29-dan yadigar".

     Bəyanatda o da vurğulanır ki, Azərbaycan mediası ilə qərbyönümlü medianın peşəkarlıq fərqi də COP29 konfransında aydın göründü. Bizimliklər jurnalistikaya, onlarınkılar populizmə xidmət göstərirlər.
      Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media azadlığının necə qorunduğunu tədbirlərin mahiyyətindən uzaq sual verən iki jurnalistə olduqca səlis cavabı ilə detal-detal göstərdi. Fəaliyyəti ölkəmizdə qadağan olunmuş bir internet resursunun, qeyri-qanuni pul dövriyyəsi ilə əlaqəli istintaq materiallarında adı çəkilən jurnalistin COP29 kimi mötəbər və möhtəşəm konfransada sərbəst iştirakı media azadlığının səviyyəsini andırmış və qandırmış oldu. Həmin jurnalistlərin tədbirlərin mahiyyətindən kənar suallarına ətraflı və təmkinlə cavab verən Prezident köməkçisi hətta dünən İsrailin "Kanal 13” televiziyasının jurnalistinə "Siz arxanızdakı kameranın başınıza dəyməsindən özünüzü qoruya biləcəyinizdən əminsinizmi?” cavabını verən Baydeni utandırmış oldu".

    JEM təşkilatın bütün üzvləri adından COP29 tədbirlərində fərq qoymadan həm yerli, həm də xarici media orqanlarının fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan dövlətinə, təşkilatçılara, konfransın gedişatını böyük peşəkarlıqla yayımladıqlarına jurnalistlərə minnətdarlığını bildirib.


Tarix: Вчера, 15:21 Oxunub: 50


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı