12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev

"Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, sevgidir, mərhəmətdir. Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz". Bunu Xalq artisti Faiq Ağayev bildirib.

O qeyd edib ki, özünü deputatlardan güclü hesab edir:
"Sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram", - müğənni deyib.
 
O, parlament seçkilərində namizəd olub-olmayacağı ilə bağlı suala belə cavab verib:
"Hazırda planlarım solo konsertlə, yeni mahnılarla bağlıdır. İndilik başqa bir fikrim yoxdur", - Faiq Ağayev "kult.az"a müsahibəsində bildirib.


Tarix: 27-04-2024, 12:12 Oxunub: 154


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı