21:56 / 06-06-2025
"Qurban içimizdəki İbrahimə səs verməkdir" - Fariz Əhmədov
21:32 / 06-06-2025
Şair Rayət Əlinin 65 illik yubileyi qeyd olundu
13:01 / 06-06-2025
Ağstafada ər 18 yaşlı arvadının başını kəsib - AĞIR CƏZA VERİLDİ
12:39 / 06-06-2025
"Onunla görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə
12:33 / 06-06-2025
"Unikal" 15 yaşını qeyd edir
10:33 / 06-06-2025
Gədəbəydə başına kisə keçirilən qadın öldü - Cinayətin üstü açıldı
10:27 / 06-06-2025
Bura Bakının mərkəzidir - Təkcə ana dilimiz yoxdur
05:45 / 06-06-2025
Bu gün Ceyhun Qurbansoyun dünyaya gəldiyi gündür
15:41 / 05-06-2025
"Beynəlxalq həmrəyliyin nümayişi" Mehman Ballayev
09:43 / 05-06-2025
"Düşüncə cinayətkarı 117 yaşında..." - Fariz Əhmədov
11:43 / 04-06-2025
"Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir" - Anar Nəbiyev
08:51 / 03-06-2025
Abşeronda məktəblilər arasında DAVA: Xəsarət alan var
08:45 / 03-06-2025
2 il sonra üstü açılan qətlin TƏFƏRRÜATI: Kor qadını amansızlıqla öldürüblər
08:01 / 03-06-2025
“Yeni təkər bazarı"nda yanğın - Video
13:44 / 02-06-2025
Babək Vələdov: "Qardaşlıq nümunəsi"
10:33 / 02-06-2025
"Bizim gücümüz birliyimizdədir" - Anar Nəbiyev
21:46 / 31-05-2025
Kazanda çıxan “Çağdaş Azərbaycan hekayəsi” antologiyası Bakıda təqdim olundu
18:12 / 29-05-2025
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinə cəza istənilib
17:53 / 29-05-2025
Hərbçimiz minaya düşdü
17:46 / 29-05-2025
Bakıda böyük söküntü işləri başladı, park salınacaq
17:18 / 29-05-2025
Kitabsevərlər Müstəqillik Günü ilə əlaqədar videokliplərini kitabxanaya təqdim etdi
15:16 / 29-05-2025
QHT sədri: “Yaşayış tərzinin dəyişməsi və qadınların işlə təminatı tələbatı artırır”
13:54 / 29-05-2025
"28 May Müstəqillik Günü - Müasir dövlətçilik tariximizin başlanğıcıdır" - Çingiz Məmmədov
18:02 / 28-05-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın şəhərində seyrəngahda olub
17:55 / 28-05-2025
Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu
07:01 / 28-05-2025
28 May – xalqımızın tarixi yaddaşında azadlıq simvoludur
16:25 / 27-05-2025
Qazaxda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib
14:34 / 27-05-2025
"Demokratik ənənələrin təməli qoyuldu" - Anar Nəbiyev
18:29 / 26-05-2025
Qazaxda 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 may -Müstəqillik Günü münasibətilə silsilə tədbirlər davam edir
10:43 / 26-05-2025
İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
Biz nefti inkişafa çevirdik - Anar Nəbiyev
Dövlət başçısı İlham Əliyevin martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışında söylədiyi “Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük” fikirləri bir daha bu reallığın təsdiqidir ki, Azərbaycanın hər bir hədəfə çatması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir. Bu inam ifadə olunur ki, Azərbaycan gələcəkdə də Cənub Qaz Dəhlizi kimi layihələri irəli sürəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanı Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevirdi.
IX toplantıdan ötən dövr ərzində qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Cənab İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaq. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq. Ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı, “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlar var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.
Beləliklə, bütün bu planlar tamamilə realdır. Onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir.
Gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir.
Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir. 2018-ci ildə Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi mərasimində bu məqam da xüsusi qeyd edilmişdir ki, reallığa çevrilən bu layihələr, eyni zamanda, Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti təzahürləridir. Hər iki dövlətin siyasi iradəsinin və qətiyyətinin nəticəsi olaraq gerçəkləşən layihələr coğrafiyasını genişləndirməklə əməkdaşlığa yeni əlavələr edirlər. Bu layihələrin reallığa çevrilməsi nəinki iştirakçı, digər dövlətlərin də davamlı inkişafına imkanlar yaradır. Məhz keçilən yola söykənərək cənab İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində bildirmişdir: “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.”
Amma bu məqamı da unutmayaq ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara uğur gətirməmişdir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alması diqqətdən kənarda qalmır. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığından da aydın görünür. Ölkə Prezidentinin vurğuladığı kimi, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi:
“Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.”
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycana nəfəs verən, canlanmasına xidmət göstərən neft strategiyasının son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Son dövrün əsas hədəflərindən olan enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir.
Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində “Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq” söyləyərək qeyd etdi ki, son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib. Bakıda bütün gördüklərimiz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır:
“Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.”
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 7-03-2024, 17:59 Oxunub: 535
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
3-06-2022, 18:55
"Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitlik regionda enerji təhlükəsizliyinə böyük töhfədir" - Anar Nəbiyev
7-03-2024, 10:11
"Arzular reallığa çevrilir" -Elşad Quluyev
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-02-2023, 09:44
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir" - Gülnaz Mahmudova
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
9-03-2022, 16:04
Abid Şərifova məxsus olduğu deyilən “Evroline QSC”-i sahibkara yarım milyon manat pul atıb
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
27-10-2023, 08:38
Qara enerji mövcuddurmu?
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
1-06-2022, 12:41
""O da ULU, bu da ULU" ... Azərbaycan - Türkiyə" - Anar Nəbiyev
18-12-2023, 17:51
Ariz Mehtiyev: Sülhə və iqtisadi yüksəlişə təkan verən əlaqələr