16:28 / 13-05-2024
Yüksələn xətlə və çox uğurla inkişaf edən əlaqələr - İsgəndər Qurbanov
11:37 / 13-05-2024
Klassik avtomobili elektromobilə çevirdilər
11:29 / 13-05-2024
Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb
11:26 / 13-05-2024
“Sədərək”də yanğın olub
11:21 / 13-05-2024
Gürcüstanda yeni qanuna qarşı keçirilən aksiyada həbslər başlayıb
11:12 / 13-05-2024
“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
11:08 / 13-05-2024
Polis vətəndaşlara müraciət etdi: “Xaricdə olan cinayətkar qruplardan özünüzü qoruyun”
10:58 / 13-05-2024
“Samsung” sürücüsüz avtomobillərlə bağlı qərar verdi
10:52 / 13-05-2024
“Apple” “Siri” üçün inqilabi yeniləmə hazırlayır
10:51 / 13-05-2024
“iPhone”larda oyunlarla bağlı yenilik
10:44 / 13-05-2024
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
10:42 / 13-05-2024
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb
10:35 / 13-05-2024
İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir
09:26 / 13-05-2024
"Əlaqələrin inkişafında yeni səhifə " - Anar Nəbiyev
08:02 / 13-05-2024
Qan damarlarını təmizləyən MÖZÜCƏLİ QARIŞIM - 99% insan BUNU BİLMİR
22:42 / 12-05-2024
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
22:39 / 12-05-2024
Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
22:26 / 12-05-2024
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
22:24 / 12-05-2024
Maqnit qasırğaları İlon Maskın peyklərini sıradan çıxardı
22:19 / 12-05-2024
Çində günəşi daha yaxından izləyəcəklər
22:14 / 12-05-2024
Azərbaycan “Avroviziya 2024”də xalları hansı ölkələrə verdi?
22:12 / 12-05-2024
“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb
22:09 / 12-05-2024
“Bu gün Şuşanın yeni tarixi yazılır”
22:06 / 12-05-2024
Dünyanın donuz böyrəyi olan ilk insanı öldü
12:40 / 11-05-2024
Azərbaycanda tələbə qəfil vəfat etdi
12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
12:25 / 11-05-2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
12:23 / 11-05-2024
Sabahın havası - Leysan, sulu qar, 30° isti
12:18 / 11-05-2024
Prezidentlə xanımı “Xarıbülbül” Festivalının açılışında
12:17 / 11-05-2024
Tanınmış idmançılara yekun ittiham verildİ
11:59 / 11-05-2024
Tovuzda qaçırılan məktəbli qız ailəsinə qaytarıldı
Həkim-dietoloq: "Qışda xəmir yeməkləri yemək olmaz" - Doğru bilinən yanlışlar
ATİA.AZ qidalanma ilə bağlı həkim-dietoloq Fuad Məcidovun “report”a müsahibəsini təqdim edir
Bölməyə aid digər xəbərlər
ATİA.AZ qidalanma ilə bağlı həkim-dietoloq Fuad Məcidovun “report”a müsahibəsini təqdim edir
- İmmun sistemini gücləndirmək üçün nələr edilməlidir?
- İmmun sistemi insan orqanizmi üçün çox vacib amillərdən biridir, çünki bütün xəstəliklərin başında immun sistemi durur. İmmun sistemini möhkəmləndirmək üçün birinci növbədə insanlar artıq çəkidən canlarını qurtarmalıdırlar. İnsanların doğru bildikləri yanlış bir fikir var ki, kök insanda immun sistemi güclü olur. Tamamilə yanlışdır, əksinə, çəkisi normal və az olan insanlarda immunitet daha güclü olur.
- İmmuniteti yüksəltmək üçün qış fəslində lazım olan qidalar hansılardır?
- Birinci növbədə, qırmızı, adi bildiyimiz ət qəbul edilməlidir. Yəni balıq, quş və iribuynuzlu və xırdabuynuzlu heyvan ətləri... Çünki ətin tərkibi protein, dəmirdir.
İkinci növbədə, təzə tərəvəzlər, xüsusən qış tərəvəzləri qəbul olunmalıdır. Brokkoli, qabaq (kabakçi), kələm, xüsusən gül kələmi faydalıdır. Eyni zamanda qış fəslində dənli bitkilərdən bol miqdarda istifadə etmək lazımdır.
- Qeyd etdiyiniz qidaları bişirərkən nələrə diqqət etmək lazımdır?
- Qidaları çox bişirmək olmaz. Elə etmək lazımdır ki, qidaların tərkibində olan vitaminlər, minerallar, mikroelementlər məhv olmasın.
- Səhər yeməyində nə məsləhət görürsünüz?
- Ən əsas faktorlardan biri səhər yeməyidir. İnsanların səhər yeməyində mütləq iki ədəd yumurta yeməklərini məsləhət görürəm. Yumurtada kalsium, kalium, maqnezium, sink, minerallar, mikro elementləri var ki, onlar da immunitetin yüksəlməsinə kömək edir.
Səhər yeməyində yumurta, kəsmik, pendir, şor, zeytun, yağ, sıyıq normal yeməklərdir. Səhər yeməyinin tərkibində mütləq yağ, protein və karbohidrat olmalıdır.
- Bəs hansı meyvələr qış mövsümündə daha faydalıdır?
- Vitamin A, B, C ilə zəngin olan meyvələr hazırda daha faydalıdır. Rəngi sarı və qırmızı olan meyvələrdən bol miqdarda istifadə etmək lazımdır. Misal olaraq, alma, naringi (mandarin), portağal, kivi, avakado, ananas, qreyfrutun adını çəkə bilərəm.
- “Qışda çoxlu çay içmək lazımdır, isti çay soyuqdan qoruyur” - deyirlər. Bu fikir doğrudurmu?
- Bu, doğru fikir deyil. Doğru bilinən yanlış fikirlərdəndir. Çayın yerinə bol miqdarda su içmək lazımdır. Maddələr mübadiləsini sürətləndirən faktorların ən vacibinin su olduğu sübut edilib.
- Bəs ədviyyatlardan hansını məsləhət görürsünüz?
- Ədviyyatların şahı zəncəfildir. Darçın, mixək, hil, qaraçörəkotu, itburnu, kəklikotu, yaşıl çay, qara istiot, nanə,cəfəri, kərəviz, soğan və sarmısağı bol miqdarda istifadə etmək lazımdır.
- Bəzən insanlar vitamin qəbulunun ən asan yolunu dərman preparatlarından istifadə etməkdə görürlər. Buna münasibətiniz necədir?
- Əgər ehtiyac yoxdursa, bədəni dərmanla yükləməyə lüzum görmürəm. Kimsə qan azlığından şikayət edirsə, ona immuniteti yüksəltmək, dəmiri normaya salmaq, anemiyanı aradan götürmək üçün dərman istifadə etmək olar. Əks halda, vitamin qəbul etmək məqsədilə təzə meyvə və tərəvəzlərdən istifadə etməyi məsləhət görürəm. Çünki dərman preparatları qaraciyəri sıradan çıxarır.
- Qışda xəmir yeməklərindən çox istifadə edilir. Xəmir xörəklərini çox qəbul etməyin zərəri varmı?
- Xəmir yeməkləri yemək olmaz. Xəmir karbohidratdı, şəkərdir, qlükozadır. Plov da, xəngəl də, tort da eyni şeydir. Xəmir yeməkləri və şirniyyat immuniteti aşağı salan qidalardır. Şəkər və xəmir xörəkləri beyni qidalandırmır. Əksinə, onlar beyni kütləşdirir. Xəmir yeməyi yeyən adamın dərhal yuxusu gəlir, amma ət və yanında tərəvəz yeyən şəxsin beyninə oksigen və qan yaxşı işləyir deyə belə problemlər olmur.
Tarix: 23-12-2021, 11:45 Oxunub: 521
Bölməyə aid digər xəbərlər
23-12-2021, 08:53
Azərbaycandan bu ölkələrə QADAĞA
3-11-2021, 11:23
Bu əyalətdən quş və quş əti məhsullarının idxalına QADAĞA
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
22-10-2021, 07:27
Bu qidalar siqareti tərgitməyə vadar edir - SİYAHI
4-04-2021, 04:05
“COVID-19” niyə azğınlaşıb? - Bunlara əməl etmək məsləhətdir....
24-03-2021, 17:22
Doğru bildiyimiz yalnışlar - BUNLARI ETMƏYİN
13-03-2021, 21:03
Öldürüb basdırdı, sonra meyiti çıxarıb balta ilə doğradı...
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
9-10-2020, 08:23
Dr. Aynur Cavadova ilə müsahibə
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
7-09-2020, 10:06
Azərbaycanda hepatit xəstəliyi tam müalicə olunur
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:44
Uşaqlar hansı halda koronavirusu ağır keçirir? - Pediatr Nigar Abdullayeva cavab verir
20-07-2020, 16:38
Uşaqlar hansı halda koronavirusu ağır keçirir? - Pediatr Nigar Abdullayeva cavab verir
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi