Bəzən depressiv hal həqiqətən digər xəstəliklərin əlaməti ola bilər. Ona görə psixiatra getməzdən öncə bu səbəbləri araşdırın.
Atia.az depressiyaya çox oxşayan digər xəstəlikləri təqdim edir.
– Hipotireoz – qalxanvari vəzin xəstəliyi, hormon çatışmazlığıdır. Bu zaman halsızlıq, tez yorulma, heç nəyə həvəsin olmaması, həyəcan olur;
– Şəkərli diabet zamanı da əsəbilik, yorğunluq, depressiv hal olur;
– Xroniki yorğunluq sindromu – yuxu pozulur, insanın diqqəti yayınır, bədəni gücsüz olur, həyata istəyi azalır;
– Bipolyar pozulma – əvvəllər bu maniakal depressiya diaqnozu hesab edilirdisə, sonra bipolyar pozulma adlandırıldı.
Bu zaman insanda 2 dəyişiklik olur: ya o çox enerjili olub bir anda hər şeyi etmək istəyir, digər halda isə bir müddət özünə qapanıb, heç bir şey etmək istəmir, hətta evdən çıxmır. Düzgün diaqnozu psixiatr qoyur və bu xəstələr depressiya kimi müalicə edilmir.
Medicina.az
Bölməyə aid digər xəbərlər