13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
08:28 / 08-11-2024
Bu gün Zəfər Günüdür !!!
Cavanlaşmaq arzusunda olan pasientlər əməliyyatsız üzgərmə prosedurunu həkim-kosmetoloq Dr. Elmira Əhmədovaya etibar edə bilərlər

Üzün saplarla dartılması kosmetologiyada thread lifting adlanır. Prosedur üz dərisinin sallanması mərhələsində həyata keçirilir. Thread lifting kosmetologiyanın son mərhələsidir. Sonrakı mərhələ isə artıq plastik cərrahların işidir".   
Dəri cavanlaşdırma və dəridəki sallanmaların müalicəsində xüsusi inkişaf etdirilmiş qızıl iplər istifadə edilərək həyata keçirilən prosedurlar, aməliyyatsız üz gərmə olaraq bilinməkdədir. Qızıl iplə həyata keçirilən üz cavanlaşdırma əməliyyatlarında, illərdir istifadə edilən PDO (polidioxanone) maddəsindən istehsal edilən saplar vasitəsilə həyata keçirilir. Bu metod son illərdə istifadə edilməkdə olan bir dəri cavanlaşdırma üsuludur. Hər hansı bir anesteziya tələb etmir.
  Çıxıntılı saplarla isə üz sanki hörümçək torunu xatırladırmış kimi toxunur. Nəticədə dərinin tonusu artır və dəridəki boşluq aradan qaldırılır. Sallaqlığın aradan qaldırılması ilə nəticələnən bütün prosedurlara liftinq deyilir, yəni üzün dartılması. Bunun üçün mütləq dayaq nöqtələrindən istifadə edilməlidir. Çıxıntılı saplar dayaq nöqtələrinə dayanaraq dəri, dərialtı piy və əzələlərin dartılmasına gətirib çıxarır".
Üzün dartılması üçün istifadə edilən saplar arasında sovrulan və sovrulmayanlar var. Sovrulan saplar süd turşusu və polivinildən hazırlanır. Sintetik tikiş materialıdır: "Sovrulduqdan sonra yerində əmələ gələn kollagen lifləri həmin bu sapın yolu ilə getdiyinə görə sanki süni saplar yerini təbii saplara verir. Həmin karkas və liftinq effekti saxlanılır. Sapların uzunluğu 50-60 sm-dir. Bu saplarla düzgün texnologiya ilə işləyərək üzün cərrahiyyəsiz liftinqini əldə etmək olar. Saplar dayaq nöqtələri ətrafında işlənilir".

Üzün saplarla dartılması proseduru tam ağrısızdır və mütləq steril şəraitdə aparılmalıdır. Sapın qoyulma müddəti sayından asılı olaraq (2-4-6 sap kifayət edə bilər) 40 dəqiqədən 2 saata qədər davam edə bilər: "Sapı üzün istənilən hissəsinə qoymaq olar. Alın nahiyəsinə qaş qaldırmaq üçün qoyulur, əsas istifadə olunma nahiyyələri yanaqlardır, yanaqları kiçikcik böyütmək üçündür və üzün aşağı 3/1 hissəsidir. Çünki sallaqqlıq əsas üzün 3/1 hissəsində özünü göstərir. Saplar ikinci buxağı aradan götürmək üçün boğaza da qoyulur. Prosedurun effekti 2 aya görünür. Çünki kollagen lifləri sintez olunmalıdır, prosedur zamanı əmələ gələn ödem aradan qalxmalıdır. Çünki saplarla üzün dartılması cərrahi əməliyyat olmasa da, ona yaxın bir prosedurdur və təbii olaraq reabilitasiya dövrü tələb edir".


Tarix: 23-09-2020, 21:05 Oxunub: 1 098


Bölməyə aid digər xəbərlər