Nərmin həkim hər birimizi diş əti xəstəliklərindən, stomotoloji problemlərdən xilas edə bilən yeganə mütəxəssislər cərgəsində birincilər sırasında olan həkim-stomatoloqlardan biridir

Respublika Stomatoloji Mərkəzi tibbi xidmətlərin göstərilməsi üçün müasir tibbin tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bu avadanlıqlar vasitəsi ilə ağrısız müalicə, Vinirlərin hazırlanması, itirilmiş dişlərin implantlarla bərpası və s. stomatoloji xidmətlər göstərilir.
Nərmin həkim  hər birimizi diş əti xəstəliklərindən, stomotoloji problemlərdən xilas edə bilən yeganə mütəxəssislər cərgəsində birincilər sırasında olan həkim-stomatoloqlardan biridir və ona müraciət edən hər kəs bunun şahididir. Nərmin həkimə müraciət edənlər, onun istedadlı fəaliyyətindən faydalananlar hər biri mənim fikirlərimi təsdiqləyərək deyir:
Həqiqətən də Nərmin həkim çox bacarıqlı mütəxəssis və həmdə gözəl insandır. –Bəli insan seçdiyi ixtisas üzrə o zaman şöhrətlə tanınır ki, o mənəviyyatca zəngin olsun. Nərmin xanım  bütün bacarıq elmi dəyərləri ilə yanaşı mənəvi mənəvi cəhətdən zirvələr fəth edən əsl bir insan olması ilə ehtiram sahibi kimi tanınır. 
  
Redaksiyamıza daxi olan məktubların birində Nərmin həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
  Hörmətli redaksiya!
  Mən neçə aylar idi ki, diş ağrılarından çox əziyyət çəkirdim. Tez bir zamanda gülüşümdə olan bütün komplekslərdən azad oldum. Nərmin həkimin düzəltdiyi zirkon dişlər öz dişlərimdən fərqlənmir. Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir. O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir. Ömrüm boyu ona minnətdaram.
Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Bəli, işinin peşəkarı, gənc olmasına baxmayaraq, Azərbaycanın peşəkar həkim-stomatoloqu və təbii ki, mənim gözəl təbəssümümün qarantı hər zaman pozitiv, gülərüz doktorum Nərmin həkim. Sizə ailəmiz adından dərin təşəkkürümüzü bildirir, şəfalı əlləriniz var olsun deyirik. 


Tarix: 23-09-2020, 19:24 Oxunub: 426


Bölməyə aid digər xəbərlər