Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

     Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 14000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
     Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən  Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.
   Araşdırma aparılır.


Tarix: 4-01-2024, 15:06 Oxunub: 173


Bölməyə aid digər xəbərlər