Bakıda usta faciəli şəkildə ölüb

Bakıda usta faciəvi şəkildə ölüb.
Hadisə mayın 31-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb.
Belə ki, fərdi qaydada kondisioner ustası işləyən Rəhman Səfərov Manafov Rahim Oqtay oğlunun çağırışı ilə kondisioner quraşdırmaq üçün sonuncunun obyektinə gedib. Saat 16:30 radələrində həmin binanın ikinci mərtəbəsində yerləşən otağın pəncərəsindən keçməklə çöl divar hissəsində kondisionerin motorunu quraşdırarkən ehtiyatsızlıqdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Daha sonra o, aparıldığı 1 saylı Klinik Tibbi Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Tarix: 1-06-2023, 12:16 Oxunub: 193


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?