Bakıda 35 yaşlı kişinin həyətdə asılmış meyiti tapıldı

    Bakıda intihar baş verib. 
Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 35 yaşlı Ruslan Ənvər oğlu Rəhimov yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailəsi aşkar edib. İntiharın səbəbləri məlum deyil. 
   Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. 


Tarix: 15-05-2023, 15:00 Oxunub: 267


Bölməyə aid digər xəbərlər