Ölümlə nəticələnən ağır yol qəzası... - QAZAXDA

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Aldığımız məlumata görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.
Rəşad Vəliyevə məxsus minik maşını idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı  maşında olan sərnişin, 1982-ci il təvəllüdlü Kamil Qaragözov və sürücü, 1981-ci il təvəllüdlü Rəşad Vəliyev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 9-12-2022, 13:30 Oxunub: 1 939


Bölməyə aid digər xəbərlər