DİN Tolikin hərbçiləri təhqir etməsi ilə bağlı məlumatlara münasibət bildirdi



Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyev (Tolik) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
ATİA.AZ   xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, T.Əliyev özü özü ilə bağlı tədbir görüb.
"Sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib", - o vurğulayıb.
Qeyd edək ki, Tolikin sosial şəbəkədə canlı yayım zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təhqir etməsi ilə bağlı videogörüntülər yayılmışdı.


Tarix: 14-01-2022, 18:06 Oxunub: 172


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı