"Baku Bus" MMC-nin əməkdaşı ürəyindən bıçaqlandı



Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, R.Məmmədov “Baku Bus” MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.


Tarix: 4-07-2022, 08:06 Oxunub: 182


Bölməyə aid digər xəbərlər