Cümə axşamı, 10 aprel 2025, 03:58:04  
Motosiklet sürücüsü marşrut avtobusunun şüşəsini sındırdı


Bakıda şəhərində marşrut xətt avtobusunun şüşəsi sındırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dekabrın 8-də saat 21 radələrində rayon ərazisində BMW markalı motosikletin sürücüsünün xuliqanlıq zəminində “Isuzu” markalı xətt avtobusunun alın şüşəsini dəmir parçası ilə sındırması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini R. Əmrahlı müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

KONKRET.az

Tarix: 11-12-2021, 13:22 Oxunub: 248


Bölməyə aid digər xəbərlər