Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə Səbail rayonu G.Əliyev küçəsi dalan 4, ev 16s ünvanında qeydə alınıb.

Nəticədə evdə yaşayan 1997-ci il təvəllüdlü Viktor Trukin köməksiz vəziyyətdə qalaraq ölüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.


Tarix: 2-05-2024, 15:07 Oxunub: 94


Bölməyə aid digər xəbərlər