Goranboyda şagirdlər arasında insident

    Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, şagirdlər bir-birinə xəsarət yetiriblər.
    "Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.


Tarix: 3-04-2024, 14:17 Oxunub: 165


Bölməyə aid digər xəbərlər