Keçmiş baş həkimlə arvadı öldürüldü

     Salyan rayonunda ər-arvad qətlə yetirilib. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verilir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimbəyli kəndində baş verib.
    Belə ki, saat 10:30-da 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. İsrafil Məmmədov 2021-ci ilədək Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi vəzifəsində çalışıb. Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Tarix: 1-03-2024, 22:23 Oxunub: 112


Bölməyə aid digər xəbərlər