Süni mayalanmanı dövlət niyə maliyyələşdirir? – Demoqrafik böhran, yoxsa...



“Azərbaycanda ekstrakorporal (süni) mayalanma bir dəfə dövlət vəsaiti hesabına həyata keçiriləcək”
Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil ediləcək.Dövlət tərəfindən sözügedən məsələdə yardımın edilməsi isə, maraqlı bir sualı meydana çıxarıb:
Azərbaycanda demoqrafik böhranın olması dövləti stimullaşdırıcı addım atmağa vadar edib?
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, sözügedən qərarın demoqrafik vəziyyətlə bağlı olması inandırıcı görünmür:
“Düşünmürəm ki, bu qərar demoqrafik böhranla bağlı olsun. Son dönəmlərdə sonsuzluqdan əziyyət çəkən insanların ailələrinin dağılması müşahidə olunur. Süni mayalanma həmin ailələr üçün kömək məqsədi daşıyır. Lakin islami və adət-ənənələr nöqteyi nəzərindən süni mayalanma ilə bağlı fərqli baxışlar mövcuddur. Bəzi ailələr isə buna razılıq verir. Artıq ölkədə süni mayalanma ilə doğulan uşaqların sayının artdığı da müşahidə olunur”.
Sosioloq dövlət vəsaiti hesabına süni mayalanmanın həyata keçirilməsinin ailələrin dağılmasının qarşısını müəyyən dərəcədə ala biləcəyini də diqqətə çatdırıb:
“Bu istiqamətdə addımların atılmasının ailələrin dağılmaması nöqteyi-nəzərindən müsbət tərəfləri ola bilər. Qərar daha çox ailə institutlarının qorunmasına yönəlib. Çünki demoqrafik böhran vəziyyətlərində çıxış yolu tapmaq üçün başqa vasitələrdən istifadə olunur. Lakin dövlət tərəfindən süni mayalanma üçün vəsaitin ayrılması uşaq arzusunda olan bir sıra ailələrin dağılmasının qarşısını alacaq”.

Bizim.media


Tarix: 17-02-2022, 08:40 Oxunub: 310


Bölməyə aid digər xəbərlər