Bu gün “Qarabağ” - “Olimpiakos” matçı var

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.
 Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” da növbəti matçında çıxacaq.
Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda “Olimpiakos”u qəbul edəcək. Qarşılaşma 20:45-də start götürəcək.
Qrupun digər matçında isə “Nant” “Frayburq”u qəbul edəcək. 
Avropa Liqası
Qrup mərhələsi, IV tur
G qrupu, 13 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Tarix: 13-10-2022, 08:07 Oxunub: 125


Bölməyə aid digər xəbərlər