Bakı-Ağstafa sürət qatarı gecikdi

   Bakı-Ağstafa sürət qatarı gecikib.
ATİA.AZ xəbər verir ki, Ağstafa sərnişin qatarını gözləyən sərnişinlər küləkli havada perronda gözləməli olublar. 
Qeyd edək ki, bu gün səhər saat 07:35-də Sumqayıt sərnişin stansiyasından çıxmalı olan qatar Xırdalan sərnişin stansiyasına 20 dəqiqə gec çatıb. Belə ki, Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən sürət qatarı Xırdalan stansiyasına qrafik üzrə 07:54-də çatmalı olsa da, 08:14-də çatıb.


Tarix: 28-12-2023, 09:05 Oxunub: 95


Bölməyə aid digər xəbərlər