Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edildi

     04 aprel 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatı Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatında 2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Böyük Zəfərin başlanğıcı hesab edilən şanlı Aprel döyüşlərinin   7-ciildönümü ilə əlaqədartədbir keçirildi.
                                                                                                                                                Tədbir Ulu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 
         Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatının sədri Kamandar İbrahimov çıxış edərəkbildirdi ki,  Aprel döyüşlərindən 7 il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu günləri xalqımız böyük qürur və sevinc hissləri ilə xatırlayır, qəhrəman şəhidlərimizi böyük ehtiramla yad edir. 
    YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev  çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyətindən ətraflı danışdı. O, qeyd etdi ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini və tezliklə ədalətin bərpa olunacağını göstərdi. A.Nəbiyev 7 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən doğma Qarabağımızda, Şuşada, eləcə də digər ərazilərimizdə dalğalanmasından bu gün hər bir azərbaycanlının  sonsuz qürur hissi keçirdiyini xüsusi vurğuladı və  bildirdi ki, Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik zirvəsinə yüksəliblər. Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə hər zaman örnəkdir. Rayon təşkilatının sədri çıxışının sonunda Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə bundan sonra da ölkəmizin yeni – yeni nailiyyətlər, uğurlar, qələbələr qazanacağına böyük əminliyini bildirdi.  
        Tədbirdə çıxış edən partiya üzvləri canlarını vətən yolunda qurban vermiş igid şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, onların keçdiyi şərəfli yoldan və Aprel döyüşlərinin Böyük Zəfərin başlanğıcı olmasından bəhs edərək, bütün şəhidlərimizə rəhmət dilədilər. 


Tarix: 4-04-2023, 16:28 Oxunub: 179


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı