"Xoşqədəm və onun kimilərinin fəaliyyətinə üç nöqtə qoyulmalıdır" - Anar Məmmədov

   Xoşqədəm Baxşəliyeva bu adamı efirə çıxararaq göz yaşı qurtarana qədər ağladıb ki, xəstə uşağının müalicəsi üçün pul yığacam. Pullar toplanandan sonra həmin məbləği verməyib, ata da üz tutub jurnalistə dərdini danışıb. Bundan sonra Xoşqədəm Baxşəliyeva pulları verəcəyini söz verib, bir şərtlə ki, jurnalist yazılanları silsin. Zavallı ata da efirə çıxıb dəyir ki, jurnalist Arifə Əliyeva onu aldadıb müsahibə alıb. Ortada böyük məbləğdə yığılan pullar var. Bu məsələ həll olsa belə, efirlər insanların zəif yerindən tutaraq külli miqdarda pullar yığır və bunun hesabatını aparan yoxdur. Qısası, hüquq-mühafizə orqanları Xoşqədəm və onun kimilərinin fəaliyyətinə üç nöqtə qoymalıdır…

video=]

Anar Mammadov
Criminal.az saytının baş redaktoru,
Milli.Az - Xəbər Portalı baş redaktorun müavini,
 ANSPress redaktor


Tarix: 17-02-2023, 08:30 Oxunub: 308


Bölməyə aid digər xəbərlər