Azərbaycan informasiya portalının nüfuz dairəsində xüsusi yeri olan AZƏRİ-TÜRK İNFORMASİYA AGENTLİYİ!
Artıq illərdir ki, mübaliğəsiz, qərəzsiz, qarşı tərəfə hörmətlə yanaşmaqla publisistik məqalələrlə, ciddi xəbərlərlə, haqlı tənqidlərlə, yerində olan təriflərlə çoxsaylı oxucularımızı məlumatlandırır, onların ürəyincə olan məsələlərin işıqlandırılmasında xidmət göstəririk. Çalışırıq ki, oxucunun düşüncə tərzi ilə, dərc etdiyiniz hər bir yazının mahiyyəti üst-üstə düşsün. Qeyri obyektiv fikirlərdən uzaq olmaqla tam sərbəst və şişirdilmiş mövzulardan kənar dayanırıq. Bəli, bu bizim ana xəttimizi təşkil edir. Keşməkeşli yollarla, heç bir yerdən maliyyələşmədən, öz kollektivimiz hesabına gəlib çatdığımız bu günə kimi Bizi sevərlərin dərin rəğbətini qazanmışıq.
Bəli, daim günbəgün inkişaf etməkdə olan Azərbaycanın xoş gələcəyi naminə bu xətlə irəliləməyimiz bütün vətənsevərlər kimi bizi də sevindirir.
Bəli, dekabr ayında bir yaş da belə “qocaldıq”. ATİA.AZ saytının növbəti ildönümündə Sizlərin hər birinizi salamlayırıq və xeyir-duanızı gözləyirik. Çalışacayıq ki, növbəti ildə də Sizlərin ürəyincə olan məsələlərin işıqlandırılmasında fəallıq göstərək.
ATİA.AZ saytının bütün yaradıcı kollektivini ildönümü münasibətilə təbrik edir, gələcək fəaliyyətimizdə yeni-yeni uğurlar arzulamaqla, redaksiya heyətinə və bizə yardımçı olan hər kəsə can sağlığı diləyirik!
Bölməyə aid digər xəbərlər